×
A
A
A
Sazlamalar

Ülkər Səttarova: Ali təhsil müəssisələrinin akkreditasiyası 271 indikator üzrə aparılır

Bakı, 9 iyun, AZƏRTAC

Ali təhsil müəssisələrinin akkreditasiyası 7 istiqamət, 30 meyar və 271 indikator üzrə aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu meyarlar müəssisənin fəaliyyətinə dair bütün sahələri əhatə edir: “Burada ali təhsil müəssisəsinin təlim-tədris prosesi, elmi tədqiqat fəaliyyəti, maddi-texniki bazanın hansı səviyyədə olması, idarəetmə, beynəlxalq əlaqələr kimi məsələlərə yoxlanılır. Universitetlərin akkreditasiyası 6-7 ay vaxt tələb edir”.

Elm və təhsil 2023-06-09 15:05:00