Norveç dəniz dibindən metal çıxarmağı planlaşdırır
Bakı, 9 iyun, AZƏRTAC
Norveçin hakimiyyət orqanları Qrenlandiya və Norveç dənizlərinin dibindən bir sıra metalların hasilatı üzrə planların hazırlığını başa çatdırır.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, dəniz dibindən faydalı qazıntıların hasilatı Avropanın “yaşıl” keçidin reallaşması istiqamətində mineral və nadir metallara olan kəskin tələbatını qarşılaya bilər.
Oslonun planları baş tutsa, Norveç akkumulyatorların istehsalında lazım olan metalları dəniz dibindən hasil edən ilk ölkə olacaq. Təxmini hesablamalara görə, həmin zonada 38 milyon ton mis və elektromobil akkumulyatorlarının istehsalında istifadə edilən kobalt var. Həmçinin burada elektrik avtomobilləri və külək turbinlərinin hazırlanmasında lazım olan, lakin tədarükünə hazırda Çinin nəzarət etdiyi neodim və disprosium kimi nadir metallar da mövcud ola bilər.
Bu arada, Norveçin müvafiq planları balıqçılar və ekoloqların etirazına səbəb olub. Onlar mədən işlərinin gələcəkdə dənizin çirklənməsinə səbəb olacağından ehtiyatlanır.
Hazırda Çin, Yaponiya, Yeni Zelandiya və Papua-Yeni Qvineyanın mədən kompaniyaları öz ərazi sularında metal hasilatının yollarını araşdırır.
Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil