Niderland Ali məhkəməsi skif qızılının Ukraynaya verilməsini qərara alıb
Bakı, 9 iyun, AZƏRTAC
Niderland Ali Məhkəməsi Krım muzeylərinin kassasiya şikayətini rədd edərək qərara gəlib ki, skif qızılı Ukraynaya verilməlidir.
AZƏRTAC xəbər verir ki, Amsterdamın Apellyasiya Məhkəməsi 2021-ci ildə kolleksiyanın Ukrayna dövlətinə verilməsi barədə qərar qəbul etmişdi. Beləliklə Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb və bu məsələ ilə bağlı məhkəmə çəkişməsi başa çatıb.
Krım muzeylərinin kassasiya şikayətində Apellyasiya Məhkəməsinin qərarının insan hüquqları üzrə Avropa Konvensiyasının birinci protokolunu pozduğu iddia olunurdu. Niderlandın Baş prokuroru Pol Flas isə skif qızılının Ukraynaya verilməli olduğunu və Apellyasiya Məhkəməsinin müvafiq qərarının qüvvədə olan milli qanunlar məcəlləsinə əsaslandığını, qanuni ictimai maraqlara cavab verdiyini bildirmişdi.
Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib
Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb
Kiçik Kennedi müstəqil namizəd kimi 2024-cü il seçkilərində iştirak etmək niyyətindədir
ABŞ-ın federal agentlikləri bazar günündən etibarən qismən bağlana bilər
İqlim dəyişikliyinin Afrikada iqtisadiyyata təsiri üzrə hesabatlar açıqlanıb