Qazaxıstan Türkiyəyə elektrik enerjisi ixrac etməyi planlaşdırır
Bakı, 9 iyun, AZƏRTAC
Biz Azərbaycandan olan həmkarlarımızla Qazaxıstan Respublikasının Türkiyəyə, Avropaya elektrik enerjisi tədarük etməsinə imkan verəcək yüksək gərginlikli kabellərin çəkilməsi üzrə yeni layihələri müzakirə etməyə başlamışıq.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev Astana Beynəlxalq Forumunda bildirib.
Qazaxıstanlı nazirin sözlərinə görə, yaxın gələcəkdə alternativ marşrutlar həmişə vacib olacaq.
“Ölkəmizdə böyük layihələr həyata keçirən şirkətlərlə əməkdaşlıq çərçivəsində Transxəzər marşrutunun imkanlarından istifadə edirik. Artıq Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə çıxışımız var. Hazırda isə Xəzər regionunda marşrutlarımızın, limanlarımızın mümkün genişləndirilməsinə investisiya qoyuluşu məsələsini araşdırırıq. Eyni yanaşma, magistral təchizat zəncirlərimizdə də tətbiq olunur. Biz, həmçinin neft kəmərlərinin uzadılması ilə bağlı Çinlə danışıqlar aparırıq”, - deyə Almasadam Satkaliyev əlavə edib.
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb