Pakistan hərbi-dəniz alyansının formalaşdırılması barədə İranın təklifinə baxacaq
Bakı, 9 iyun, AZƏRTAC
Pakistan Hind okeanında kollektiv təhlükəsizliyin təminatına yönələn hərbi-dəniz alyansının formalaşdırılması barədə İranın irəli sürdüyü təklifi nəzərdən keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Baloç jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Bir müddət öncə, İranın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahram İrani Hind okeanı zonasında Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Pakistanın daxil olacağı alyans yaratmaq barədə təkliflə çıxış edib.
“Biz İranın alyans formalaşdırmaq barədə bəyanatını eşitmişik və onu Pakistana aid olan istənilən təklif kimi nəzərdən keçirəcəyik”, - “The Express Tribune” qəzeti Pakistan XİN nümayəndəsinin bu sözlərini sitat gətirib.
Ekspertlərin fikrincə, Tehranın təklifi mart ayında Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı-İran münasibətlərində müsbət dinamikaya nail olunduqdan sonra regional təhlükəsizlik sahəsində ən vacib təşəbbüslərdən biridir.
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb
“Tesla” insanabənzər robotun son versiyasını nümayiş etdirib