×
A
A
A
Sazlamalar

Voronej şəhərində PUA çoxmərtəbəli binaya çırpılıb

Moskva, 9 iyun, AZƏRTAC

Rusiyanın Voronej şəhərində pilotsuz uçan aparat (PUA) çoxmərtəbəli binaya çırpılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün teleqram kanalında yazıb.
Hadisə iyunun 9-da səhər saatlarında baş verib. Bildirilir ki, hava hücumundan müdafiə sistemi PUA-nı vurduqdan sonra aparatın qalıqları binaya düşüb. İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2023-06-09 12:59:00