Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb
Bakı, 9 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 9-u saat 9:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Gəncədə 3, Lerikdə 2, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 millimetrədək olub.
Daşkəsən, Göygöl, Qax, Qrız (Quba), Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27°-dək isti, Naxçıvan Muxtar Respublikasında 32°-dək isti, dağlıq rayonlarda 13-17° isti, aran rayonlarında 29°-dək isti olub.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb