×
A
A
A
Sazlamalar

Son 5 ayda DSMF-nin xərcləri 15 faiz çoxalıb

Bakı, 9 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 7 faiz və ya 168 milyon manat çox olmaqla 2 milyard 686 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-may aylarında proqnoza nisbətən 9 faiz və ya 168 milyon manat artaraq 2 milyard 70 milyon manat olub.
Son 5 ayda DSMF-nin xərcləri 2 milyard 506 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 328 milyon manat çoxdur.

Sosial 2023-06-09 10:47:00