×
A
A
A
Sazlamalar

Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb

Bakı, 9 iyun, AZƏRTAC

Almaniya Federativ Respublikasının Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının 58-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti plenar iclaslarda iştirak edir, ikitərəfli görüşlər keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı AZƏRTAC-a bildirib ki, bioloji müxtəliflik və ekosistem xidmətləri üzrə beynəlxalq elmi-siyasi platformanın (IPBES) baş katibi xanım Ann Lariqard ilə görüş zamanı Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində əldə edilmiş nailiyyətlər və IPBES ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda, görüşdə yeni çapdan çıxmış Azərbaycanın “Qırmızı kitabı”nın üçüncü nəşri barədə də məlumat verilib və biomüxtəlifliyin qorunması sahəsində kitabın beynəlxalq əhəmiyyəti qeyd olunub.

Ekologiya 2023-06-09 10:33:00