×
A
A
A
Sazlamalar

Azərbaycanlı parlamentarilər fransız həmkarları ilə görüşüblər

Paris, 9 iyun, AZƏRTAC

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Parisdə Fransa Milli Assambleyasının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan- Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə regiondakı reallıqlar haqqında ətraflı məlumat verib.
Fransız parlamentarilər iki ölkə, xüsusilə də parlamentlər arasında münasibətlərdən söz açaraq, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Milli Məclisin Azərbaycan–Fransa parlamentlərarası işçi qrupunun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev, səfirliyin müşaviri Nigar Hüseynova, Fransa Milli Assambleyasının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Pyer Vatan və həmin qrupun üzvləri də görüşdə iştirak ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Siyasət 2023-06-09 01:16:00