×
A
A
A
Sazlamalar

Basketbol üzrə Azərbaycan millisi Serbiyada hazırlıqlarını davam etdirir

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 1-dən etibarən 3x3 basketbol üzrə milli komanda Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışına start verib.
AZƏRTAC xəbər verir ki, zədə səbəbindən bir müddət millimizdən ayrı qalmış kapitan Amil Həmzəyev də məşqlərə qoşulub.
Yığma komanda hazırlıq prosesini iyunun 15-də yekunlaşdıracaq.
Bu təlim-məşq toplanışında əsas məqsəd iyunun 17-18-də Kiprin Limassol şəhərində keçiriləcək Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İdman 2023-06-09 00:08:00