Ağdamda “Vətən haqqı - Ana haqqı” kitabının təqdimatı olub
Ağdam, 8 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Muğam Mərkəzində “Vətən haqqı – Ana haqqı” kitabının təqdimatı olub. “Azərbaycan bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun müəllifi olduğu, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilmiş kitab Birinci Qarabağ müharibəsində iştirak edərək orden və medallara layiq görülmüş ağdamlı döyüşçülərə həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin, qazilərin, veteranların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra kitabda bəhs olunan döyüşçülər haqda hazırlanmış videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və jurnalist Baxşeyiş Abbasoğlu Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən, Azərbaycan oğullarının Vətənimizin müdafiəsi uğrunda mübarizəsindən danışıb, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda şəhid ailələri və qazilərə “Vətən haqqı – Ana haqqı” kitabı hədiyyə edilib.
Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib
Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib