×
A
A
A
Sazlamalar

Hasan Arat: Azərbaycan birinci Avropa Oyunları zamanı bütün qitəyə önəmli mesajlar verdi VİDEO

Bakı, 8 iyun, AZƏRTAC

Bir neçə gün əvvəl Türkiyədə Prezident seçkiləri keçirildi. Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Azərbaycan hər zaman Türkiyənin yanında oldu. Zəlzələdən sonra da azərbaycanlı qardaşlarımız bizə dəstəyini əsirgəmədilər. İlk növbədə başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm. Sizi hər zaman yanımızda hiss etdik. Bu, bizə böyük güc verdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri üçüncü Avropa Oyunları Əlaqələndirmə Komissiyasının sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü, Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Hasan Arat iyunun 8-də jurnalistlərə müsahibəsində deyib.
2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarının hər kəs tərəfindən nümunə göstərildiyini deyən H.Arat bildirib ki, həmin vaxt Azərbaycan bütün Avropaya önəmli mesajlar verdi. “İki həftə sonra Polşada üçüncü Avropa Oyunları təşkil olunacaq. Bu turnirlərin davamlı olmasını istəyirik. 2015-ci ildən sonra Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədə gerçəkləşib. Azərbaycan bizim qürurumuzdur və mənim məmləkətimdir. Bura türklərin ana yurdudur. Biz iki dövlət, bir millətik. Azərbaycanın uğuru məni çox qürurlandırır. Burada olmaq bizim üçün xoşdur”, - deyə H.Arat qeyd edib.

İdman 2023-06-08 19:10:00

Video