×
A
A
A
Sazlamalar

Teatr kollektivi Xalq artisti Siyavuş Aslanın xatirəsini anıblar

Bakı, 8 iyun, AZƏRTAC

Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi II Fəxri xiyabanda Xalq artisti, görkəmli sənətkar Siyavuş Aslanın, Yasamal qəbiristanlığında isə oğlu Çingiz Aslanın məzarlarını ziyarət edib, ruhları üçün dualar ediblər.
AZƏRTAC xəbər verir ki, teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı və Əli Nur çıxış edərək Siyavuş Aslanın həyatı, səhnə fəaliyyəti, Azərbaycan teatrının inkişafındakı rolu haqqında danışıblar.

Mədəniyyət 2023-06-08 19:00:00