×
A
A
A
Sazlamalar

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan ərazilərində törədilən vandallıqlarla tanış olublar

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda Bakıda keçirilən VII Beynəlxalq konfransın iştirakçıları iyunun 8-də Şuşaya səfər ediblər.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlara Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Həmçinin xarici qonaqlar ermənilərin otuz il müddətində Azərbaycan ərazilərində törətdikləri vandallıq aktları ilə əyani şəkildə tanış olublar.
Qonaqlar Şuşa şəhərindəki bir çox tarixi mədəniyyət abidələri haqqında məlumatlandırılıb, həmçinin “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış olublar, Cıdır düzünü, Bülbülün ev muzeyini və Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Ekologiya 2023-06-08 18:20:00