Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
Bakı, 8 iyun, AZƏRTAC
Alman arxeoloqları tərəfindən aparılan tədqiqatlar zamanı məlum olub ki, neandertallar ov alətlərini yapışdırmaq üçün xüsusi yapışqanlardan istifadə ediblər.
AZƏRTAC “phys.org” saytına istinadla xəbər verir ki, Almaniyada tapılan iki parça ağcaqayın qatranının yeni kimyəvi analizi neandertalların yapışqanlar hazırlamaq üsullarının əvvəllər düşünüldüyündən daha mürəkkəb olduğunu göstərib. Ağcaqayın qatranı neandertal alətlərində və silahlarında daşı sümük və ağacla birləşdirən yapışdırıcı kimi istifadə olunurdu və daha əvvəl neandertalların yanğından sonra qayalardan ağcaqayın qatranını sıyırmış ola biləcəyi ehtimal edilirdi.
Eberhard Karls Universitetinin tədqiqatçıları neandertal ağcaqayın qatranını təkrar hazırlamaq üçün beş mümkün üsulla təcrübə aparıblar. Texnikalardan ikisi yerin üstündə, ikisi isə yerin altında sınaqdan keçirilib. Beş sınaq üsulu ilə ağcaqayın qatranı çıxarıldıqdan sonra o, infraqırmızı spektroskopiya, qaz xromatoqrafiyası-kütləvi spektrometriya və mikrokompüter tomoqrafiyası ilə təhlil edilib. Daha sonra nəticələr qədim nümunələrlə müqayisə edilib. Müasir nümunələrdə oksigen və his ilə əlaqəli karbonların olmaması qədim nümunələrin yerin altında istehsal edildiyini göstərib. Tədqiqatçılar qeyd ediblər ki, yeraltı texnikalar daha dəqiq quraşdırma tələb edir, çünki prosedur başlayandan sonra düzəlişlər edilə bilməz.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib