Lənkəranda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib
Bakı, 8 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 8-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbula gələn vətəndaşlar dini təyinatlı ədəbiyyatın nəşri, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Lənkəranda mal-qara oğurluğu edən şəxslər saxlanılıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Zaqatalada vətəndaşlarla görüşəcək
MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar