Azərbaycan təmsilçisi Kazanda “Dünya mirvarisi-2023” titulunu qazanıb
Bakı, 8 iyun, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş “Dünya mirvarisi-2023” beynəlxalq gözəllik və istedad müsabiqəsinin qalibi Azərbaycanı təmsil edən Kamilə Ələsgərova olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Səidaş” Mədəniyyət Mərkəzində baş tutan yarışın final mərhələsində 14 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monteneqro, Monqolustan, Çin, İndoneziya, Rusiyanın Buryatiya Respublikası, Hindistan, Belarus, Ermənistan) təmsilçiləri yarışmaq hüququ qazanıblar.
Final iştirakçıları milli mətbəx təamı və onun hazırlanması haqqında videotəqdimatla çıxış edib, intellektual müsabiqəyə və dəfiləyə qatılıblar.
“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatın gənclər qanadının sədri olan Kamilə Ələsgərova milli mətbəximizin “Şah-plov” təamının hazırlanmasından danışıb və Azərbaycanın “Şalaxo” milli rəqsini məharətlə ifa edib. Qeyd edək ki, rəqs nömrəsinin hazırlanmasında və nümayişində Kamiləyə “Ulduzlar bürcü” teatrının aktyorları və “QafqazStyle” rəqs ansamblı dəstək göstərib.
Müsabiqənin birincisi olan Kamilə Ələsgərova “Dünya mirvarisi-2023” tituluna layiq görülüb. Bundan başqa, səsvermənin nəticələrinə görə, soydaşımız “Miss artistizm” və “Miss tamaşaçı rəğbəti” adlarını da qazanıb.
Bu parlaq qələbə münasibətilə “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının idarə heyətinin sədri Bəhram Mustafayev və Azərbaycan icmasının üzvləri Kamilə Ələsgərovanı təbrik ediblər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir