Təl-Əvivdə “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi açılıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun İsrailin Təl-Əviv şəhərindəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə İsrailin tanınmış fotoqraflarından olan Viktor Zislinin bələdçiliyi ilə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub.
Azərbaycana səfərlər zamanı çəkilmiş fotolar arasından seçilən 20 ən uğurlu foto Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir.
Tədbir çərçivəsində Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi iyunun 29-dək Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərində, “Herbert Samuel 10” ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açıq olacaq.
Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib
Kukla Teatrı aprel repertuarını açıqlayıb
Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub
Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir
“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib