×
A
A
A
Sazlamalar

Fransada bıçaqlı hücum nəticəsində 4 azyaşlı yaralanıb

Bakı, 8 iyun, AZƏRTAC

Fransa Alplarında baş vermiş bıçaqlı hücum nəticəsində 5 nəfər, o cümlədən 4 azyaşlı yaralanıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, bəzi mənbələr yaralanan şəxslərin sayının 6 nəfər olduğunu bildirir. Onlardan dördü uşaqlardır. Fransanın daxili işlər naziri Jerald Darmanen özünün tviter səhifəsində qeyd edib ki, “təhlükəsizlik qüvvələrinin çevikliyi sayəsində hücum edən şəxsi saxlamaq mümkün olub”.
Fransanın Baş naziri Elizabet Bornun ofisindən verilən məlumata görə, hökumətin başçısı və parlament üzvləri səyahət zamanı fransız mediasında bu xəbəri eşitdikdən sonra insidentlə bağlı bir dəqiqəlik sükut ediblər.
Fransız polisi bıçaqla insanlara hücum edən şəxsin suriyalı qaçqın olduğunu bildirib. Onun şəxsiyyəti müəyyən edilib və əvvəllər heç bir cinayətdə əli olmadığı məlum olub.

Dünya 2023-06-08 14:31:00