® “Azercell”in dəstəyi ilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib
“Azercell Telekom” MMC-nin dəstəyi, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Respublika Paralimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Uşaq Paralimpiya kuboku” turniri baş tutub.
Turnirdə 5 idman növü üzrə (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, pauerliftinq) 150-dən artıq paralimpiyaçı uşaq iştirak edib. Gənc idmançılar arasında Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Naxçıvan, Gəncə, Şirvan, Ağcabədi, Ağdaş, Ağsu və Bərdə şəhərlərindən olan uşaqlar da var.
“Azercell”in 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə dəstəyi sayəsində sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu, uşaqların cəmiyyətə inteqrasiya olunması və onların idmana həvəsinin artırılmasında böyük əhəmiyyət daşıyır.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb