×
A
A
A
Sazlamalar

İyunun 7-də Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb

Bakı, 7 iyun, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 559 nəfər müalicə olunaraq sağalıb, 10 min 279 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1041, bu günə qədər isə ümumilikdə 7 milyon 628 min 898 test icra olunub.

 

 

Səhiyyə 2023-06-07 20:48:00