“Real Madrid” klubu Cud Bellinqemi heyətinə qatıb
Bakı, 7 iyun, AZƏRTAC
“Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellinqem “Real Madrid” klubuna keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2029-cu ilədək müqavilə imzalanıb. Madrid təmsilçisinin “Borussiya” klubuna 103 milyon avro ödəyəcəyi açıqlanıb.
Cari mövsüm futbolçu Almaniya təmsilçisinin heyətində 31 oyun keçirib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.
Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub
Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub
Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib
Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir