×
A
A
A
Sazlamalar

Azərbaycanlı məşqçi Macarıstanda beynəlxalq kursda iştirak edib

Bakı, 7 iyun, AZƏRTAC

Qılıncoynatmanın sablya növü üzrə məşqçimiz Abdulla Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Qılıncoynatma Konfederasiyasının “Həmrəylik Proqramı” çərçivəsində keçirilən kursda iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Ludovika” qılıncoynatma klubunun zalında keçirilən kursa Avropanın 7 ölkəsindən məşqçilər qatılıblar.
İtaliya millisinin sablya üzrə sabiq baş məşqçisi Covanni Siroviç və Macarıstanın yeniyetmə sablyaçılardan ibarət yığmasının baş məşqçisi Sandor Neuhol qılıncoynatmaya yeni başlayan idmançıların səviyyəsini yüksəltmək üçün şəxsi təcrübələrini və müasir məşq üslublarını bölüşüblər.
Üç gün davam edən təlimin yekununda iştirakçılara sertifikat verilib.

 

İdman 2023-06-07 18:39:00