×
A
A
A
Sazlamalar

İyirmi bir heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 5-6-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Şəmkir, Xaçmaz və İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/4387 linkində tanış olmaq olar.

Sosial 2023-06-07 18:30:00