×
A
A
A
Sazlamalar

Türkiyə parlamenti yeni spikerini seçir

Bakı, 7 iyun, AZƏRTAC

Bu gün 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) sessiyasında parlamentin yeni spikerinin seçkiləri keçirilir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, artıq seçkilərin birinci turu başa çatıb. Birinci turun nəticələrinə görə, parlamentin sədri vəzifəsinə Millət İttifaqından namizəd Numan Kurtulmuş 317 səs, Cümhuriyyət Xalq Partiyasının namizədi Tekin Bingöl isə 131 səs toplayıblar. Ümumilikdə, spikerliyə 7 millət vəkilinin namizədliyi irəli sürülüb.
TBMM-nin 30-cu sədri olmaq üçün namizədlərdən birinin 600 millət vəkilindən 400-nün səsini toplaması lazımdır. Onların ikinci turda da bu rəqəmə çatmadığı təqdirdə, seçkilərin üçüncü turu keçiriləcək. Sonuncu turda isə səslərin əksəriyyətini – 301-ni toplayan namizəd parlamentin yeni spikeri olacaq.
Xatırladaq ki, son parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası 268, Cümhuriyyət Xalq Partiyası 169, İYİ partiya 43, Yeni Rifah Partiyası 5, Sol Yaşıllar Partiyası 61, Xalq Hərəkatı Partiyası 50 millət vəkili yerinə sahib olublar.

Dünya 2023-06-07 18:24:00