×
A
A
A
Sazlamalar

Azərbaycanın akrobatika gimnastları Polşaya yollanıblar

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycanın akrobatika gimnastikası üzrə milli komandasının üzvləri beynəlxalq turnirdə iştirak edəcəklər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük) Polşanın Jeşuv şəhərində keçiriləcək dünya kuboku yarışlarında, Nizam Xamidulin ilə Milana Əliyeva (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (qadın qrupu) isə eyni şəhərdə turnirdə güclərini sınayacaqlar.
Qeyd edək ki, hər iki yarış iyunun 9-11-də təşkil olunacaq.

İdman 2023-06-07 17:48:00