Gələn il ölkəmizdə Göz Bankı yaradılacaq
Bakı, 7 iyun, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın transplantasiyası əməliyyatları aparılır. Hazırda ölkədəki buynuz qişa transplantasiyası əməliyyatı xaricdən gətirilən donor hesabına həyata keçirilir. Gələn il isə ölkəmizdə Göz Bankı yaradılacaq və nəticədə əməliyyatları yerli donorlar hesabına həyata keçirə biləcəyik.
AZƏRTAC xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Mətanət Əfəndiyeva Səhiyyə Nazirliyinin instaqram səhifəsində “Qlaukoma xəstəliyi” mövzusunda canlı yayımda deyib.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar