×
A
A
A
Sazlamalar

Milli Məclis sədrinin müavini vətəndaşların müraciətlərini dinləyib

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq növbəti dəfə vətəndaşlarla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini görüşdə iştirak edən şəhid ailələri üzvlərinin, qazilərin, habelə digər vətəndaşların müraciətlərini dinləyib. Vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb.
Vətəndaşlar tərəfindən daxil olan sosial, humanitar, məişət və digər məsələlərlə əlaqədar müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına sorğular hazırlanıb. Eyni zamanda, müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirici məsləhətlər verilib.
Prezidenti İlham Əliyev tərəfindən əhalinin müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq Milli Məclis sədrinin müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülür və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla onların həlli istiqamətində lazımı addımlar atılır.

Cəmiyyət 2023-06-07 16:53:00