×
A
A
A
Sazlamalar

Sabunçuda ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 7 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Yusif Qasımov küçəsi yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Alovun geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Hadisə 2023-06-07 16:49:00