×
A
A
A
Sazlamalar

Fövqəladə hallar naziri Qobustanda vətəndaşlarla görüşəcək

Bakı, 7 iyun, AZƏRTAC

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 9-da Qobustan şəhərindəki rayon dövlət yanğından mühafizə hissəsinin inzibati binasında saat 10:00-dan Qobustan və Şamaxı rayonlarının sakinləri ilə görüşəcək.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşə gələn vətəndaşların qeydiyyatı iyunun 8-də Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq. Görüşdə nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula Görüşə gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Cəmiyyət 2023-06-07 16:35:00