×
A
A
A
Sazlamalar

Daşkəsəndə keçirilən əmək yarmarkasında 200 nəfərin müraciəti qeydiyyata alınıb

Gəncə, 7 iyun, Elcan Məmmədov, AZƏRTAC

Daşkəsən Rayon İcra Hakimiyyətinin, KOBİA-nın və Gəncə Regional Turizm İdarəsinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə Daşkəsən şəhər Mədəniyyət Mərkəzində dövlət, özəl və sahibkarlıq subyektlərinin iştirakı ilə əmək yarmarkası keçirilib.
Tədbir “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” müvafiq bəndlərinin icrası məqsədi daşıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə açıq elan edilib.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Regional Filialın direktoru Elməddin Qurbanov, KOBİA-nın Gəncə-Qazax koordinatoru Anar Əliyev və digərləri çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən ardıcıl işlərdən, qarşıda duran vəzifələrdən danışıb, işəgötürülənlərə və iş axtaranlara uğurlar arzulayıblar.
Yarmarkada işlə təmin olunmaları üçün müraciət edən 200 nəfərin müvafiq sənədləri qəbul olunaraq qeydiyyata alınıb.

Regionlar 2023-06-07 15:31:00