Gürcüstan ərazisində yağan güclü leysan yağışları və dolu ciddi fəsadlar törədib
Tbilisi, 7 iyun, AZƏRTAC
İyunun 6-da Gürcüstan ərazisində yağan güclü leysan yağışları, dolu ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, iyunun 6-da gündüz və axşam saatlarında yağan güclü leysan yağışları və dolu nəticəsində Gürcüstanın qərbində bir sıra bələdiyyələrin ərazisində torpaq sürüşmələri, çaylarda sululuğun artması səbəbindən sel daşqınları baş verib.
Bəzi ərazilərdə infrastruktura, kənd təsərrüfatına və fərdi evlərə ciddi ziyan dəyib. Küləyin qopardığı ağaclar evlərin və avtomobillərin üzərinə düşüb və insanlara xeyli ziyan dəyib.
Leysan yağışları və dolu azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi və Dmanisi rayonlarında bir sıra ciddi fəsadlar törədib. Dolu kəndlərdə əkin sahələrinə və meyvə ağaclarına ciddi ziyan vurub. Güclü leysan yağışları nəticəsində rayon mərkəzlərində evlərin birinci mərtəbələrinə və zirzəmilərə sel suları dolub. Dmanisi rayonunun Hamamlı kəndinə gələn güclü sel kənd sakinlərinin bir neçə xırda və iribuynuzlu mal-qarasını aparıb.
Qeyd edək ki, sinoptiklər ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar. Qara dənizdə də 4 ballıq qasırğa xəbərdarlığı edilib.
Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib
Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb
Kiçik Kennedi müstəqil namizəd kimi 2024-cü il seçkilərində iştirak etmək niyyətindədir
ABŞ-ın federal agentlikləri bazar günündən etibarən qismən bağlana bilər
İqlim dəyişikliyinin Afrikada iqtisadiyyata təsiri üzrə hesabatlar açıqlanıb