Antonio Quterreş: Kaxovka SES-nin partladılması Zaparojye AES üçün əlavə təhlükə yaradır
Bakı, 7 iyun, AZƏRTAC
Kaxovka su elektrik stansiyasının (SES) bəndinin partladılması Zaparojye AES üçün əlavə təhlükə yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Qeyd edib ki, bəndin partladılmasının nəticələri Xerson vilayətində böyük fəlakətə səbəb olub.
“Bu gün biz hamımız Xerson vilayətində baş vermiş ən böyük humanitar, iqtisadi və ekoloji fəlakətin faciəvi kadrlarını gördük. Xerson, Nova Kaxovka və Dnepr boyunca yerləşən 80 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib”, - deyə BMT-nin Baş katib vurğulayıb.
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb
“Tesla” insanabənzər robotun son versiyasını nümayiş etdirib