×
A
A
A
Sazlamalar

Ərdoğan: Konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik

Bakı, 6 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiyaya dəyişikliklərlə bağlı parlamentə təklif təqdim etmək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Haber Türk” telekanalı məlumat yayıb.
“Biz konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik”, - deyə R.T.Ərdoğan hökumətin iclasından sonra bildirib.
Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb.
Qeyd edək ki, bu gün Türkiyənin yeni hökumətinin iclası 4 saatdan çox davam edib.

Dünya 2023-06-06 22:24:00