“Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüdən intihara cəhdin qarşısı alınıb
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da axşam saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, bunu görən vətəndaşlar nazirliyin 112 - qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu körpünün üzərinə çıxaraq intihara cəhd edir.
Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.
Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib
Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib
Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib