×
A
A
A
Sazlamalar

“İnter” Çempionlar Liqasının final oyununa ciddi itkilərlə çıxacaq

Bakı, 6 iyun, AZƏRTAC

“İnter” Çempionlar Liqasının finalında “Mançester Siti” ilə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Simone İnzaqi yerli mətbuata açıqlamasında deyib.
O, qapıçı Andre Onana və hücumçu Edin Dzekonun zədə səbəbindən finalda meydana çıxmayacaqlarını bildirib.
Qeyd edək ki, iyunun 10-da keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman 2023-06-06 19:20:00