×
A
A
A
Sazlamalar

Marketlərdən oğurluq edən şəxs həbs olunub

Bakı, 6 iyun, AZƏRTAC
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 830 manat dəyərində siqaret, spirtli içki və gigiyenik vasitənin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Qarayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Abşeron rayonunun Saray qəsəbəsində daha iki marketdən 1560 manat dəyərində tütün məmulatı, ətirlər və 1960 manat dəyərində qeyri-qida məhsulları oğurlaması da müəyyən olunub.

Cəmiyyət 2023-06-06 18:33:00