Azərbaycan boksçuları üçüncü Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər
Bakı, 6 iyun, AZƏRTAC
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları üçüncü Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər. Hər iki yığmamız təlim-məşq toplanışını ölkə xaricində keçirir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında doqquz boksçumuz İtaliyanın Assizi şəhərində hazırlığa başlayıb. Çalışdırıcılar yekun heyəti müəyyənləşdirmək üçün toplanışa Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) cəlb ediblər.
Komandamız Assizidə İtaliya, Avstriya, Belçika, Serbiya, İrlandiya, Böyük Britaniya, Niderland, Estoniya, Finlandiya və Slovakiya ilə birgə hazırlıq keçir.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi qadınlardan ibarət milli komandamız isə Türkiyənin Kastamonu şəhərində məşqləri davam etdirir. Hazırlıqda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər. Kastamonudakı toplanışda təmsilçilərimiz Türkiyə və Cənubi Koreya ilə birgə hazırlıq keçirlər.
Hər iki yığma komandamız iyunun 16-da Bakıya dönəcək.
Qeyd edək ki, Polşada keçiriləcək Avropa Oyunlarında boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena” baş tutacaq.
“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirilib
“Turan Tovuz”un kapitanı Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
Vlad Marinesku: Bakıdakı “Böyük dəbilqə” turniri Dünya Cüdo Turunun incisidir
Azərbaycan karateçiləri beynəlxalq turnirdə beş medal qazanıblar
“Araz-Naxçıvan”ın bombardiri: Xalı oyuna yox, nəticəyə görə verirlər