×
A
A
A
Sazlamalar

İyunun 6-da Azərbaycanda COVID-19 əleyhinə 56 doza vaksin vurulub

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 56 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 25, ikinci doza vaksinlərin sayı 13, üç və daha çox doza vaksinlərin sayı 15, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 3-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 900, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 551, ikinci mərhələ üzrə 4 milyon 883 min 945, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 163, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 241-dir.

 

Səhiyyə 2023-06-06 17:02:00