Ağcabədidə avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülər barədə tədbirlər görülüb
Ağcabədi, 6 iyun, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yoxlama tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbir zamanı avtomobillərində əlavə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılaraq barələrində müvafiq qaydada tədbirlər görülüb. Həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, törətdikləri qayda pozuntusu izah olunub. Sürücülərdən biri isə polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət edilib və barəsində inzibati qaydada protokol tərtib olunub. Onun barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və qərara əsasən inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Naftalanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət edilib
“Azəriqaz”ın nümayəndələri Şabranda sahibkarlarla görüşəcək
Balakənin qarğıdalı sahələrində orta məhsuldarlıq 75 sentner təşkil edir
MDU-da birinci kurs magistrantlarla görüş keçirilib
“Turan Tovuz”la qarşılaşma “Sumqayıt”ın iki futbolçusu üçün əlamətdar olub