Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoloq” hərbi uçot ixtisası tədris qrupunun dinləyiciləri ilə keçirilən zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, psixoloqların nəzəri bilikləri, ixtisas və fiziki hazırlıqlarının yoxlanılması məqsədilə yekun imtahan keçirilib.
Nəticələrə əsasən, kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, keçirilən kursun əsas məqsədi hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəxsi heyətin psixoloji vəziyyətinin qiymətləndirilməsi, eləcə də hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi zamanı onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib VİDEO
Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib VİDEO
Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub VİDEO
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO