×
A
A
A
Sazlamalar

Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 6 iyun, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 9-da, saat 10:00-da, Şəmkir rayon Gənclər evində vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.

Cəmiyyət 2023-06-06 14:25:00