×
A
A
A
Sazlamalar

Qurban Yetirmişli: Bir neçə gün əvvəldən zəlzələ ilə bağlı proqnoz vermək mümkünsüzdür

Bakı, 6 iyun, AZƏRTAC

Külək, yağışın, sel, daşqınların, ümumiyyətlə yerüstü proseslərin yeraltı təkanlara heç bir təsiri ola bilməz.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Zəlzələlərin dərinliklərdə baş verdiyini diqqətə çatdıran Q.Yetirmişli bildirib: "Azərbaycanda müxtəlif dərinliklərdə zəlzələlər baş verir. Ən dərin zəlzələ ocaqları Xəzər dənizi və Kür çökəkliyindədir. Azərbaycan seysmogen bölgədir. Dünən axşamdan bu gün səhərə qədər 34 yeraltı təkan qeydə alınsa da hiss edilməyib".
Baş direktor qeyd edib ki, yeraltı təkanlarla bağlı qısamüddətli proqnoz, yəni bir neçə saatdan bir neçə günə qədər əvvəldən zəlzələ ilə bağlı proqnoz vermək mümkünsüzdür.

 

Ekologiya 2023-06-06 13:04:00