×
A
A
A
Sazlamalar

Dövlət Sosial Müdafiə Fondunun büdcəsində dəyişiklik edildi

Bakı, 6 iyun, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunun büdcəsində dəyişikliklə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Qanun layihəsi 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət sosial müdafiə fondunun gəlir və xərclərinin faktiki göstəriciləri qurumun büdcəsinin dürüstləşdirilməsi zərurətini yaradıb.
Sənədə əsasən Fondun büdcəsinin xərc istiqamətləri üzrə mövcud göstəricilərin optimallaşdırılmasının mütləq vacibliyi səbəbindən, risk göstəriciləri nəzərə alınmaqla ilin sonunadək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar və sair gəlirlər dəyişdirilmədən, habelə Fondun büdcəsinin mövcud balanslılığı gözlənilməklə əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunun istifadə olunmamış vəsaitindən 4 milyon manatının gəlir istiqaməti kimi nəzərə alınması məqsədəmüvafiq hesab edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Cəmiyyət 2023-06-06 12:40:00