Axtarışda olan şəxs tutulub
Bakı, 6 iyun, AZƏRTAC
Avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da rayon ərazisində “İsuzu” markalı bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Yadigar Nəsirov saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması müəyyən olunub.
Sumqayıtda yaşayış binasında partlayış olub, 2 nəfər xəsarət alıb
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də
Sağlamlığımızı birlikdə qoruyaq, zərərli vərdişlərə yox deyək!