Narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs cəzalandırılıb
Bakı, 6 iyun, AZƏRTAC
Etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs inzibati qaydada həbs edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 1-də saat 22 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolunda yerləşən postda nişanın tələbini pozan “Mercedes” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sürücü, Yevlax rayon sakini Şahin Mustafayevin avtomobili etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332.2-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilərək Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Abşeron rayon məhkəməsinin qərarı ilə Şahin Mustafayev İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən inzibati qaydada həbs edilib.
Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar
Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib
Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb