×
A
A
A
Sazlamalar

Motosiklet qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 6 iyun, AZƏRTAC
Motosiklet qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə iyunun 3-nə keçən gecə H.Seyidzadə küçəsindən “Yamaha” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Qasımov Sumqayıt şəhəri ərazisində motosikletlə birgə saxlanılıb.
Araşdırma aparılır.

Cəmiyyət 2023-06-06 11:49:00