×
A
A
A
Sazlamalar

Hasan Mandal: Təbii fəlakətlərin başvermə tezliyi daha da artacaq

Bakı, 6 iyun, AZƏRTAC

1980-ci ildən 2019-cu ilədək dünyada təbii fəlakətlərin başvermə tezliyində artım müşahidə olunub. Təbii fəlakətlərin başvermə tezliyinin daha da artacağı proqnozlaşdırılır ki, dünya ölkələri onun nəticələrinin aradan qaldırmasında çətinlik çəkəcək. Burada birgə mübarizə, elm adamlarının bir yerdə təcrübə mübadiləsi ilə həll yolu axtarmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal Bakıda keçirilən “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans zamanı çıxışında deyib.
O, təbii fəlakətlərin qlobal iqlim dəyişikliyi ilə əlaqəli olduğunu bildirərək dünya ölkələrinin əksəriyyətinin 2050-ci ilədək sıfır emissiya öhdəliyinə demək olar ki, nail ola bilməyəcəyini də qeyd edib.

Ekologiya 2023-06-06 11:44:00