Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
Bakı, 6 iyun, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən A.S.Puşkin adına Səmərqənd regional kitabxana-informasiya mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə edilib. Kitabxananın oxu zalında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunan kitabların sərgisi açılıb və bir ay ərzində sözügedən nəşrlərin sərgilənməsi nəzərdə tutulub.
Əvvəlcə Səmərqənd regional kitabxana-informasiya mərkəzinin direktoru Zebinisa Şodieva ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında görüş keçirilib. Görüşdə Səmərqənd kitabxana mərkəzi ilə Azərbaycan kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası, kitabxanada Azərbaycan fondunun yaradılması müzakirə edilib və bu barədə razılıq əldə olunub.
Sonra qonaqlar üçün kitabxanaya ekskursiya təşkil olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın kitabxana fondlarında Azərbaycana dair nəşrlərin zənginləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib. Yaxın gələcəkdə Puşkin adına Səmərqənd regional kitabxana-informasiya mərkəzində Azərbaycan fondunun təşkil ediləcəyini deyib.
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi
Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək
Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı xeyriyyə layihəsi təşkil olunub